Paşha Bank
Bank Of Baku

Çexiya 40 milyon dolları geri almaq üçün beynəlxalq arbitraja müraciət edəcək

Çexiya 40 milyon dolları geri almaq üçün beynəlxalq arbitraja müraciət edəcək
# 24 noyabr 2026 06:12 (UTC +04:00)

Çexiya Beynəlxalq İnvestisiya Bankından (BİB) 900 milyon kron (təxminən 40 milyon dollar) məbləğində borcun qaytarılmasını beynəlxalq arbitraj vasitəsilə tələb etməyə hazırlaşır.

Bu barədə Çexiya Televiziyasının saytı məlumat yayıb.

Bildirilib ki, bankın Çexiya qarşısında 900 milyon kron məbləğində maliyyə öhdəliyi var.

Arbitraj prosesində ölkənin maraqlarını “Bredin Prat SAS” hüquq şirkəti təmsil edəcək.

Qeyd edək ki, Çexiya 2023-cü ilin əvvəlində Beynəlxalq İnvestisiya Bankından və Beynəlxalq İqtisadi Əməkdaşlıq Bankından rəsmən çıxıb.

Beynəlxalq İnvestisiya Bankının baş qərargahı əvvəllər Budapeştdə yerləşib. Macarıstanın 2023-cü ildə bankdan çıxmasından sonra qərargah Moskvaya köçürülüb.

Hazırda bankın fəaliyyətində Rusiya ilə yanaşı, Vyetnam, Kuba və Monqolustan iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR