Bank Of Baku

İran XİN: ABŞ-la yekun saziş üzrə danışıqlar beş bənd icra olunmadan başlamayacaq

İsmayıl Bəqai, İran Xarici İşlər Nazirliyinin sözçüsü

© APA | İsmayıl Bəqai, İran Xarici İşlər Nazirliyinin sözçüsü

# 21 iyun 2026 15:26 (UTC +04:00)

ABŞ-la yekun saziş üzrə danışıqlar beş bənd icra olunmadan başlamayacaq.

"Mehr" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

İsmayıl Bəqai deyib ki, ABŞ-la memorandum imzalandıqdan dərhal sonra İran onun icrası istiqamətində fəaliyyətə başlayıb:

“İsveçrədə keçirilən görüş İranın qarşı tərəfin öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və bu prosesi izləmək əzmində olduğunu göstərir. Tehran heç vaxt sazişi imzalayıb onun avtomatik şəkildə icra olunacağını düşünməyib. Əvvəlki təcrübələri qətiyyən unutmamışıq. Hazırkı mərhələnin əsas məqsədi əldə olunmuş razılaşmanın icrasını təmin etməkdir. Memorandumun 13-cü maddəsində açıq şəkildə göstərilir ki, yekun saziş üzrə danışıqlar yalnız beş konkret müddəanın icrasından sonra başlaya bilər. Həmin müddəalardan biri bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılması ilə bağlı birinci bənddir. Bu müddəa hələ də icra edilməyib. İsrail rejimi öhdəlikləri pozmaqda davam edir. Bugünkü müzakirələrin əsas mövzusu məhz budur. Memorandumun digər bir sıra müddəalarının icrası üçün də hazırlıq xarakterli addımlar atılmalıdır. Bunlar arasında İranın dondurulmuş maliyyə vəsaitlərinin azad edilməsi və həmin vəsaitlərə çıxış imkanının təmin olunması, eləcə də İranın neft və neft-kimya məhsullarının ixracı üçün zəruri icazələrin verilməsi yer alır. Bunlar memorandumun imzalandığı andan etibarən gündəmdə olan məsələlərdir və indi görməliyik ki, həmin müzakirələr real və effektiv icraya çevriləcəkmi. İran memorandumun icrasını yoxlamaq məqsədilə vasitəçilər üzərindən davamlı şəkildə mesaj mübadiləsi aparıb və hazırkı görüşü də bu prosesin tərkib hissəsi kimi qiymətləndirib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR