İranın Əlborz əyalətində kosmetika istehsalı zavodunda yanğın baş verib.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, 53 nəfər xəsarət alıb.
Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Partlayış yerində baş verən yanğın söndürülür.