İranın Sistan və Bəlucistan vilayətinin mərkəzi Zahedanda zəlzələ nəticəsində xəsarət alanların sayı artıb.
APA xəbər verir ki, xəsarət alanların sayı 71 nəfərə çatıb.
Qeyd edək ki, ötən gecə Zahedanda 4,7 bal gücündə zəlzələ baş verib.
***
12:13
İranda zəlzələ nəticəsində 25 nəfər yaralanıb
APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Gecə saatlarında İranın Sistan və Bəlucistan vilayətinin mərkəzi Zahedanda 4,7 bal gücündə zəlzələ baş verib.
Zəlzələ nəticəsində 25 nəfər yaralanıb.