İraqçi və nümayəndə heyəti çərşənbə axşamı Tehrana qayıdacaq.
APA-nın məlumatına görə, “Tasnim” xəbər agentliyi İranın ABŞ-la danışıqlar aparmaq üçün Nyu-Yorka heç bir texniki heyət göndərmədiyini bildirib.
Agentliyin yaydığı xəbərdə qeyd olunub ki, İranın texniki danışıqlar heyətinin ABŞ-la danışıqlar aparmaq məqsədilə Nyu-Yorka səfər etdiyi barədə yayılan məlumatlar yalnız media tərəfindən yayılan xəbərlərdir.
Tasnim əlavə edib ki, əvvəlcədən müəyyənləşdirilmiş proqram çərçivəsində BMT-nin Nyu-Yorkdakı tədbirlərində iştirak etmək üçün ABŞ-da olan İranın xarici işlər naziri Seyid Abbas İraqçi və onu müşayiət edən nümayəndə heyəti çərşənbə axşamı İrana qayıdacaq.
Qeyd edək ki, bundan əvvəl bəzi xəbər mənbələri ABŞ tərəfi ilə danışıqlar aparmaq üçün İrandan texniki danışıqlar heyətinin Nyu-Yorka gəldiyini və iki tərəf arasında danışıqlarda irəliləyiş əlamətlərinin olduğunu iddia etmişdilər.