Azərbaycan şirkətləri ilə əməkdaşlığa və daha çox investisiya cəlb etməyə çalışacağam.
APA xəbər verir ki, bunu Çinin “Zhonglun W&D Law Firm” şirkətinin təmsilcisi Denni Vanq II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində APA-ya açıqlamasında deyib.
O bildirib ki, forumda iştirak etmək onun üçün böyük şərəfdir və Prezident İlham Əliyevin tədbirdəki çıxışını yüksək qiymətləndirib.
“Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməyə, daha çox investisiya və maliyyə vəsaiti cəlb etməyə, iki ölkə üçün qarşılıqlı faydalı nəticə əldə etməyə çalışacağam”.
Vanq Çinlə Azərbaycan arasındakı əməkdaşlığa da toxunaraq qeyd edib ki, Çin Azərbaycanın etibarlı və strateji tərəfdaşıdır və iki ölkə arasında əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.