İranın Qeşm adasında dörd partlayış qeydə alınıb.
Bu barədə IRNA agentliyi məlumat yayıb.
Agentliyin müxbirinin məlumatına görə, partlayışlar adanın müxtəlif ərazilərində baş verib.
Hadisənin səbəbləri, mümkün dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.