Bank Of Baku

İraqın Baş naziri oktyabrın 1-dən xarici qüvvələrin ölkədə qalmayacağını açıqlayıb

İraqın Baş naziri oktyabrın 1-dən xarici qüvvələrin ölkədə qalmayacağını açıqlayıb
# 12 avqust 2026 20:20 (UTC +04:00)

İraqın Baş naziri Əli əz-Zeydi ölkədə xarici hərbi qüvvələrin mövcudluğunun sona çatdırılmasının planlaşdırıldığını açıqlayıb.

APA xəbər verir ki, Baş nazirin sözlərinə görə, İraqda beynəlxalq koalisiyanın missiyasının başa çatdırılması və xarici qüvvələrin ölkədən çıxarılması prosesi oktyabrın 1-dən etibarən yeni mərhələyə keçəcək.

Rəsmi Bağdad həmçinin ölkə ərazisinin digər dövlətlərə qarşı hərbi əməliyyatlar üçün istifadə olunmasına icazə verməyəcəyini bəyan edib.

əz-Zeydi Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı İraqın qonşu ölkələrlə balanslaşdırılmış münasibətlərə üstünlük verdiyini vurğulayıb.

Qeyd edək ki, bu qərar İraqda xarici qüvvələrin gələcəyi ilə bağlı müzakirələrin intensivləşdiyi bir vaxtda qəbul edilib. Eyni zamanda, Bağdad ölkədə fəaliyyət göstərən silahlı qrupların da silahlarını dövlət nəzarətinə verməsi üçün sentyabrın 30-dək müddət müəyyən edib.

İraq hökuməti bununla ölkənin təhlükəsizlik və hərbi qərarlarında tam suverenliyinin təmin edilməsini hədəfləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR