Bank Of Baku

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
# 12 avqust 2026 13:50 (UTC +04:00)

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri - F.Zeynalov, Ə.Əliyev, A.Ağayev və M.Şükürov tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində ümumilikdə 9 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR