Müvəqqəti atəşkəs yaxın günlərdə başa çatdıqdan sonra İsrail qüvvələri döyüşləri davam etdirməyə hazırdır.
APA "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Herzi Halevi çıxışında deyib.
"İsrail Müdafiə Qüvvələri bu gün döyüşü davam etdirməyə hazırdır. Biz möhlət günlərindən (girovların azad edilməsi ilə bağlı müvəqqəti atəşkəs - red.) öyrənmək, hazırlığı gücləndirmək və əməliyyat planlarını təsdiqləmək üçün istifadə edirik", - Halevi bildirib.
"Biz HAMAS-ı məhv etmək üçün mübarizəni davam etdirməyə hazırlaşırıq. Bunun üçün vaxt lazımdır, bunlar mürəkkəb məqsədlərdir, lakin heç bir şey bundan daha ədalətli ola bilməz", o əlavə edib.