İsrail HAMAS-ı müvəqqəti atəşkəsi pozmaqda ittiham edib

İsrail HAMAS-ı müvəqqəti atəşkəsi pozmaqda ittiham edib
# 28 noyabr 2023 17:55 (UTC +04:00)

HAMAS müvəqqəti atəşkəsi pozub.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) "X" hesabında məlumat verilib.

"Son bir saat ərzində Qəzzanın şimalında iki fərqli yerdə IDF hərbçilərinin yaxınlığında 3 partlayıcı qurğu işə salınaraq əməliyyat fasiləsi pozulub. Məkanlardan birində terrorçular hərbi qüvvələrimizə atəş açıb, onlar da qarşı tərəfə atəşlə cavab verib. Hadisə zamanı bir neçə əsgər yüngül yaralanıb.

IDF qüvvələri əməliyyat fasiləsi çərçivəsində mövqelərə yerləşdirilib", - İsrail Müdafiə Qüvvələrinin məlumatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR