Bank Of Baku

İsrail HAMAS-ın maliyyə departamentinin rəhbərinin öldürüldüyünü açıqlayıb

İsrail HAMAS-ın maliyyə departamentinin rəhbərinin öldürüldüyünü açıqlayıb
# 23 sentyabr 2026 14:14 (UTC +04:00)

İsrail ordusu və Şin Bet Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində HAMAS-ın maliyyə departamentinin rəhbəri Məhəmməd Əbu Əlvanın öldürüldüyünü açıqlayıb.

APA-nın xəbərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında bildirilib ki, Əbu Əlvan Xan Yunisdə keçirilən dəqiq əməliyyat zamanı hədəfə alınıb.

“Biz HAMAS-ın komandirlərini və döyüşçülərini təqib etməyə, onun maliyyələşmə mənbələrinə zərbə vurmağa və terror infrastrukturunu məhv etməyə davam edəcəyik. HAMAS-ın gücünü bərpa etməsinə imkan verməyəcəyik və HAMAS Qəzza zolağında mövcudluğunu sonlandırana qədər dayanmayacağıq”, – bəyanatda qeyd olunub.

Məlumata görə, Xan Yunisin Əl-Məvasi ərazisində avtomobilə endirilən zərbə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Onlardan birinin Məhəmməd İbrahim Məhəmməd Əbu Əlvan olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR