Bank Of Baku

KİV: İran Cənubi Pars qaz yatağının zədələnmiş gücünün 50%-ni bərpa edib

KİV: İran Cənubi Pars qaz yatağının zədələnmiş gücünün 50%-ni bərpa edib
# 23 sentyabr 2026 11:35 (UTC +04:00)

İran Cənubi Pars qaz yatağında zədələnmiş hasilat gücünün təxminən 50%-ni bərpa edib.

Bu barədə İranın neft nazirinin müavini Əhməd Zəraatkar “Fars”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bütün planlaşdırılan bərpa işləri qış başlamazdan əvvəl başa çatdırılacaq.

Qeyd edək ki, Cənubi Pars dəniz qaz yatağı dünyanın ən böyük təbii qaz yatağının təxminən üçdə bir hissəsini təşkil edir. Yataq mart ayında İsrailin ABŞ-la koordinasiya etdiyi hücum zamanı vurulub.

İranın Cənubi Parsdan hasil etdiyi qazın böyük hissəsi daxili istehlaka yönəldilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR