Bank Of Baku

İsrail HAMAS-ın Xan Yunis batalyonunun komandirini zərərsizləşdirib

İsrail HAMAS-ın Xan Yunis batalyonunun komandirini zərərsizləşdirib
# 25 oktyabr 2023 12:29 (UTC +04:00)

İsrail Müdafiə Qüvvələri (İMQ) HAMAS-ın şimaldakı Xan Yunis batalyonunun komandiri Taysir Mubaşerin Qəzza zolağına endirilmiş aviazərbə nəticəsində öldürüldüyünü açıqlayıb.

APA “The Time of İsrael”ə istinadən xəbər verir ki, Mubaşerin daha əvvəl HAMAS-ın dəniz qüvvələrinə rəhbərlik etdiyi, həmçinin HAMAS-da silah istehsalı ilə bağlı bir neçə vəzifə tutub.

“Mubaşerin geniş hərbi təcrübəsi var və komandir kimi terror hücumlarını idarə edib. Onun HAMAS-ın hərbi qanadının komandiri Məhəmməd Deiflə yaxın olduğu hesab edilir”, - İsrail Müdafiə Qüvvələrinin Şin Bet təhlükəsizlik idarəsi ilə birgə bəyanatında bildirilib.

Məlumata görə Mubaşer İMQ-yə qarşı bir sıra hücumların, eləcə də 2002-ci ildə Quş Katifdə Atzmona hərbi hazırlıq akademiyasına hücumun arxasında olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR