Bank Of Baku

İsrail Livanı “Hizbullah”ın tərksilah edilməsi üçün əməkdaşlığa çağırıb

Israilin xarici işlər naziri Qideon Saar

© APA | Israilin xarici işlər naziri Qideon Saar

# 22 aprel 2026 14:18 (UTC +04:00)

Livan İsraillə əməkdaşlıq edərək İranın dəstəklədiyi “Hizbullah”ın tərksilah edilməsinə töhfə verməlidir.

APA xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar İsrailin müstəqillik günü münasibətilə diplomatik korpusa və səfirlərə müraciəti zamanı deyib.

“İsrail və Livan arasında ciddi fikir ayrılıqları yoxdur. Kiçik sərhəd məsələləri həll edilə bilər. Sülh və normallaşmanın qarşısındakı yeganə maneə “Hizbullahdır”, - nazir vurğulayıb.

O əlavə edib ki, Livan İranın təsirindən azad, suveren və müstəqil gələcək qazana bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR