İsrail Livanın Baalbek şəhərinə zərbə endirib

İsrail Livanın Baalbek şəhərinə zərbə endirib
# 26 fevral 2024 14:48 (UTC +04:00)

İsrail Qəzza müharibəsinin başlamasından sonra ilk dəfə Livanın Baalbek şəhərinə zərbə endirib.

APA “Reuters” ə istinadən xəbər verir ki, Livanın təhlükəsizlik mənbələri faktı təsdiqləyib. Məlumata görə, Livanın şərqində yerləşən Baalbek şəhərinə İsrail tərəfindən eyni vaxtda azı iki zərbə endirilib.

Zərbələrlə bağlı İsrail ordusu da məlumat yayıb. Məlumatda Livanın dərinliklərindəki Hizbullah hədəflərinin vurulduğu bildirilib. Hizbullah hələlik məsələyə münasibət bildirməyib.

Lamiyə Şirinova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR