Bank Of Baku

İsrail ordusu HƏMAS-ın Qəzza zolağındakı hədəflərinə intensiv aviazərbələr endirib

İsrail ordusu HƏMAS-ın Qəzza zolağındakı hədəflərinə intensiv aviazərbələr endirib
# 08 oktyabr 2023 18:06 (UTC +04:00)

İsrail qırıcıları Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşmasının hədəflərinə intensiv zərbələr endirib.

APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri Qəzza zolağında Beyt Hanun təhlükəsizlik səddinə bitişik ərazilərdə HƏMAS terror təşkilatının ölkəyə qarşı hücumlar təşkil etmək üçün istifadə etdiyi hədəflərə intensiv hava zərbələri endirib” – məlumatda bildirilir.

Onun məlumatına görə, zərbələrdə İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla təyyarə iştirak edib. "İsrail Müdafiə Qüvvələri terror təşkilatı HƏMAS-a qarşı fəaliyyətini davam etdirəcək", - mətbuat xidməti əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR