İsrail ordusu Qəzza zolağının mərkəzinə dəqiq zərbə endirib.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr zamanı HAMAS-ın silahlı qrupları tərəfindən silah saxlamaq üçün istifadə edilən üç obyekt vurulub.
Anbarlarda minaatan mərmiləri, tank əleyhinə raket qurğuları, partlayıcı qurğular, odlu silahlar və digər silahlar olduğu iddia olunub.