Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizi daha da ruhlandırdı.
APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarında deyib.
Dövlət başçısı bildirib ki, 44 gün ərzində Azərbaycan Ordusu 300-dən çox şəhər və kəndi azad edib: “Şəhidlərin qanı yerdə qalmadı, tarixi ədalət bərpa edildi. İşğal dövründə müəyyən ümidlər var idi ki, bu məsələ sülh yolu ilə öz həllini tapa bilər. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi buna imkan vermədi. Bu gün vəziyyət başqadır. Artıq bir ildən çoxdur ki, Azərbaycan və Ermənistan sülh sazişini paraflayıb, hələ son imza atılmayıb. Səbəblərini Türkiyə və Azərbaycan cəmiyyəti yaxşı bilir”.