Bank Of Baku

İsrail Qəzza zolağına hücumlarının sayını artıracaq

İsrail Qəzza zolağına hücumlarının sayını artıracaq
# 22 oktyabr 2023 00:21 (UTC +04:00)

İsrail ordusu Qəzza zolağına hücumların intensivliyini artırmağı planlaşdırır və bir daha yerli sakinləri mümkün qədər tez təxliyə etməyə çağırır.

APA-nın məlumatına görə, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari bildirib.

“Hücumlarımızı gücləndirəcəyik, potensial itkilərimizin sayını azaldacağıq, bu gündən etibarən zolağa hücumların sayını artırırıq. Buna görə də Qəzza zolağının şimalında yaşayan sakinləri cənuba getməyə çağırdıq”, - o, axşam brifinqində deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR