İsrail səfiri müttəfiqlərin dəstəyinin azalması ilə bağlı iddiaları rədd edir

İsrail səfiri müttəfiqlərin dəstəyinin azalması ilə bağlı iddiaları rədd edir
# 03 dekabr 2023 15:21 (UTC +04:00)

İsrailin Britaniyadakı səfiri Tzipi Hotoveli, HAMAS-la mübarizədə yəhudi dövlətinə müttəfiqlərin dəstəyinin azaldığına dair iddiaları rədd edib.

APA xəbər verir ki, bu barədə Sky News-da məlumat verilib.

O deyib ki, beynəlxalq liderlər İsrailin məqsədlərini bölüşürlər.

“Gələcəkdə sülhə nail olmaq üçün HAMAS-ın məhv edilməsinə əmin olmalıyıq. Buna görə də ABŞ və Böyük Britaniya hökumətləri, eləcə də digər beynəlxalq liderlər bizim məqsədlərimizi bölüşürlər... Mən həqiqətən inanıram ki, bu, israillilər və fələstinlilər üçün daha yaxşı olacaq”, - Hotoveli bildirib.

Onun nöqteyi-nəzərindən radikal qrup İsraillə barışığa və girovların azad edilməsinə yalnız İsrail ordusunun Qəzza zolağında olduğuna görə razılaşıb. “Yerüstü əməliyyat məhbusları azad etməyə imkan verib”, Hotoveli vurğulayıb.

O, eyni zamanda bildirib ki, HAMAS-a hərbi təzyiq etməsək, heç nə əldə etmirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR