Bank Of Baku

İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar

İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
# 08 noyabr 2026 23:31 (UTC +04:00)

İsraildə ərəb siyasi partiyalarının “Birləşmiş Siyahı” koalisiyası yeni hökuməti formalaşdırmaq tapşırığı alan müxalifət lideri Qadi Ayzenkotla əməkdaşlığa hazır olduğunu bildirib.

“Al Jazeera” telekanalının məlumatına görə, bunu koalisiyanın rəhbəri Yusif Cabarin açıqlayıb.

“Biz qeyri-rəsmi məsləhətləşmələr apardıq və Ayzenkotun nümayəndələrindən ərəb əhalisini narahat edən problemlərlə bağlı müsbət fikirlər eşitdik. Onunla əməkdaşlıq edəcəyik, lakin hökumətə daxil olmayacağıq”, – Cabarin bildirib.

Onun sözlərinə görə, ərəb deputatlarının dəstəyi Benyamin Netanyahunun yenidən baş nazir vəzifəsinə qayıtmasının qarşısını almaq baxımından əhəmiyyətlidir.

Cabarin İsrailin ciddi siyasi dəyişikliklər üçün imkan yarada biləcək tarixi mərhələdən keçdiyini vurğulayıb.

“Birləşmiş Siyahı ilə koordinasiya olmadan Ayzenkotun Knessetdə öz proqramını həyata keçirməsi çətin olacaq”, – o qeyd edib.

Xatırladaq ki, oktyabrın 27-də keçirilən parlament seçkilərində ərəb partiyaları ümumilikdə 19 mandat qazanıblar. Bunlardan 11-i “Birləşmiş Siyahı”ya, 8-i isə “Raam” partiyasına məxsusdur.

Noyabrın 8-də İsrail Prezidenti İshak Hersoq Ayzenkota yeni hökuməti formalaşdırmaq mandatı verib. Siyasətçinin parlamentdə çoxluğun dəstəyini qazanmaq üçün ilkin olaraq 28 günü var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR