Bank Of Baku

İsraildən Türkiyəyə 60 tonluq humanitar yardım göndəriləcək

İsraildən Türkiyəyə 60 tonluq humanitar yardım göndəriləcək
# 10 fevral 2023 18:25 (UTC +04:00)

İsraildən Türkiyəyə 60 tonluq humanitar yardım göndəriləcək
APA xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirlib ki, humanitar yardıma dərman, adyal, palto, yataq tulumları və qış ləvazimatları daxildir.
Missiyanı İsrail XİN, XİN yanında Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyi (MAŞAV), İsrail Müdafiə Qüvvələri, Müdafiə Nazirliyi və Səhiyyə Nazirliyi birgə təşkil edib.

İsrail xarici işlər naziri Eli Kohen ağır günlərdə Türkiyənin dostu olaraq İsrailin onun yanında olacağını deyib.

"Xarici İşlər Nazirliyi bu ağır günlərdə bütün İsrail dövləti adından Türkiyənin və türk xalqının yanındadır. Biz çətin anlarda dostlarımıza kömək etməyə borcluyuq", Eli Kohen bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR