Bank Of Baku

İsrail Nəbatiyyəni dronla vurub, səkkiz livanlı həlak olub - YENİLƏNİB

İsrail Nəbatiyyəni dronla vurub, səkkiz livanlı həlak olub - YENİLƏNİB
# 15 fevral 2024 07:51 (UTC +04:00)

İsrailin Livanın cənubundakı Nəbatiyyə şəhərini vurması nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə Livan Qızıl Xaç Cəmiyyətinin yerli bölməsi məlumat yayıb.

Meslax yaşayış massivindəki üçmərtəbəli evə endirilən zərbə nəticəsində 8 nəfər ölüb.

Partlayış qonşu binalara və küçədəki avtomobillərə ziyan vurub.

Son bir gündə Livanın cənubunda İsrailin hücumları zamanı 13 nəfər ölüb, 11 nəfər yaralanıb.

Nəbatiyyə paytaxt Beyrutdan 75 kilometr məsafədə yerləşir.

***

Saat 02:50

İsrail Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatı ilə Livanın cənubundakı Nəbatiyyə şəhərini vurub.

APA xəbər verir ki, bnu barədə Livan Qızıl Xaç Cəmiyyətinin yerli bölməsi bildirib.

Hadisə nəticəsində 4 nəfər ölüb, 10-u yaralanıb.

Zərbə Meslaç yaşayış massivindəki üçmərtəbəli evə tuş gəlib.

Partlayış qonşu binalara və küçədə dayanmış avtomobillərə ziyan vurub.

Eyniadlı vilayətin inzibati mərkəzi olan Nəbatiyyənin 120 min nəfər əhalisi var.

,

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR