Bank Of Baku

İsrailin zərbələri zamanı Qəzza sektorunda ölənlərin sayı 313 nəfərə çatıb - YENİLƏNİB -3

İsrailin zərbələri zamanı Qəzza sektorunda ölənlərin sayı 313 nəfərə çatıb - YENİLƏNİB -3
# 08 oktyabr 2023 12:07 (UTC +04:00)

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 313 nəfərə çatıb, 1990 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib.

***

10:19

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 256 nəfər həlak olub

İsrailin Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr zamanı 256 fələstinli ölüb, 1788 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Times of Israel Fələstin Səhiyyə Nazirliyinə istinadən yazır.

Məlumata görə, HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyi bildirir ki, Qəzza zolağında 256 fələstinli ölüb, 1788 nəfər yaralanıb.

***

7 sentyabr saat - 23:10

İsrailin hava zərbələri zamanı Qəzza sektorunda 232 nəfər ölüb.

APA TRT telekanalına istinadən xəbər verir ki, daha 1700 nəfər isə xəsarət alıb.

İsrail tərəfin itkiləri 150 nəfərə çatıb.

***

16.35

İsrail zərbələri zamanı Qəzza sektorunda azı 161 nəfər ölüb.

APA Al-Hadath telekanalına istinadən xəbər verir ki, daha 931 nəfər isə xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR