İsrail Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi və hazırkı hərbi kabinetin naziri Qadi Ayzenkotun oğlu Qəzza zolağının şimalında gedən döyüşdə həlak olub.
APA xəbər verir ki, bu barədə "i24 news" məlumat yayıb.
25 yaşlı baş çavuş Qal Ayzenkot Qəzza zolağının şimalında gedən döyüşdə həlak olub.
Baş nazir Binyamin Netanyahu Qadi Ayzenkota və onun həyat yoldaşına başsağlığı verərək Qal Ayzenkotu cəsur döyüşçü və əsl qəhrəman adlandırıb.