Bank Of Baku

İstanbulda kilsəyə silahlı hücumdan sonra 50-dək şəxs saxlanılıb, onların arasında Rusiya və Tacikistan vətəndaşı da var - YENİLƏNİB-1

İstanbulda kilsəyə silahlı hücumdan sonra 50-dək şəxs saxlanılıb, onların arasında Rusiya və Tacikistan vətəndaşı da var - YENİLƏNİB-1
# 29 yanvar 2024 01:44 (UTC +04:00)

İstanbulda kilsədə baş verən atışmadan sonra 40-dan çox şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Türkiyə polisi yanvarın 28-də kilsədə baş verən atışmada şübhəli bilinən 47 nəfəri saxlayıb.

“Kilsəyə silahlı basqınla bağlı istintaq çərçivəsində 30 ünvanda əməliyyat keçirilib, İŞİD-lə əlaqəsi ola bilən bir Rusiya və bir Tacikistan vətəndaşı da daxil olmaqla 47 nəfər saxlanılıb”, - deyə bildirilib.

***

28.01.2024

Saat 23:58

İstanbulun Sarıyer rayonunda ibadət zamanı kilsəyə silahlı hücum etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında bildirib.

"Bu səhər Sarıyerdə Santa Mariya Kilsəsində ibadət zamanı vətəndaşımız Tuncer Cihanın ölümünə səbəb olan iki şübhəli tutuldu”, - deyə o qeyd edib.

***

Saat 22:59

İstanbulda kilsəyə silahlı hücum edən iki nəfərdən biri saxlanılıb.

APA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İbadət zamanı edilən hücumda iki maskalı şəxslər 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşını öldürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR