Bank Of Baku

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 18-ə çatıb

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 18-ə çatıb
# 30 sentyabr 2026 02:56 (UTC +04:00)

Avqustun sonlarında Şimali Kiprin Girnə şəhəri sahillərində “FiloJet” gəmisinin batması nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 28-də tapılan iki meyit üzərində aparılan DNT ekspertizası başa çatıb. Onların qəzaya uğrayan katamaranın sərnişinləri olduğu müəyyənləşdirilib.

“İki meyit üzrə DNT analizi tamamlanıb. Onların 5 yaşlı Mehmet Asaf Biçerə və Nihat Pancara məxsus olduğu müəyyən edilib”, – deyə Üstel bildirib.

O, sentyabrın 29-da aparılan axtarışlar zamanı daha bir meyitin aşkarlandığını da açıqlayıb. Həmin şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün DNT ekspertizasına başlanılıb.

Həlak olan şəxsin adının hələlik müəyyən edilməməsinə baxmayaraq, Şimali Kipr mediası gəmi qəzası qurbanlarının sayının 18-ə çatdığını bildirib.

Hazırda 10 nəfər isə itkin düşmüş hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR