Bank Of Baku

Küveytin sabiq müdafiə naziri 7 il azadlıqdan məhrum edilib

Küveytin sabiq müdafiə naziri 7 il azadlıqdan məhrum edilib
# 26 noyabr 2023 13:17 (UTC +04:00)

Küveyt Ali Məhkəməsi sabiq müdafiə və daxili işlər naziri Halid əl-Cərrah əl-Sabahın 7 il azadlıqdan məhrum edilməsi barədə hökm verib.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, sabiq nazir hərbi xərclərdən sui-istifadə etməkdə günahkar sayılıb.

Məhkəmənin hökmünə əsasən, anoloji ittihamla günahlandırılan sabiq Baş nazir Caber əl-Mübarək əl-Hamad əs-Sabah isə təyinatı üzrə xərclənməyən vəsaitləri geri qaytarmalıdır.

Hər iki şəxs ittihamları rədd edir.

Qeyd edək ki, sabiq müdafiə və daxili işlər naziri ilə sabiq Baş nazirə 2022-ci ilin martında bu ittihamlar üzrə bəraət verilib. Lakin Küveyt Prokurorluğunun apelyasiyası əsasında cinayət işi yenidən məhkəməyə qaytarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR