KXDR: İlk casus peyk tapşırıqları yerinə yetirməyə başlayıb

KXDR: İlk casus peyk tapşırıqları yerinə yetirməyə başlayıb
# 03 dekabr 2023 07:55 (UTC +04:00)

Şimali Koreya bildirib ki, onun şənbə günü orbitə buraxılan peyki ordunun kəşfiyyat bürosuna və digər bölmələrə məlumat ötürməyə başlayıb.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Pxenyanda kəşfiyyat peyklərindən istifadə etməklə məlumat toplayacaq ofis fəaliyyətə başlayıb. Əldə edilən məlumatlar Ordu Kəşfiyyat Bürosuna və digər əsas bölmələrə ötürüləcək.

Şimali Koreya hələ də yeni peykdən heç bir fotoşəkil təqdim etməyib. Bu, analitiklər və xarici hökumətlər arasında onun imkanları ilə bağlı fikir ayrılığına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR