Makron BƏƏ-də Qəzzadakı vəziyyətlə bağlı müzakirələr aparıb

Makron BƏƏ-də Qəzzadakı vəziyyətlə bağlı müzakirələr aparıb
# 02 dekabr 2023 16:52 (UTC +04:00)

Fransa Prezidenti Birləşmiş Ərəb Əmirliklərində keçirdiyi ikitərəfli görüşlərdə İsrail və HAMAS arasındakı müharibəni və Qəzzadakı vəziyyəti müzakirə edib.

APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Dubayda keçirilən İqlim Dəyişikliyi üzrə BMT Konftansı çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

“HAMAS-ın oktyabrda terror hücumundan sonra biz təhlükəsizliklə bağlı təşəbbüs irəli sürdük ki, bu üç sütuna əsaslanır; hər kəs üçün təhlükəsizlik, humanitar yardım və siyasi həll yolu. Region təmsilçilər ilə görüşlərimdə də bu təşəbbüsü təşviq etdim", - Makron deyib.

O, ikidövlətli həll yolunun vacibliyini vurğulayıb.

Xatırladaq ki, Fransa Prezidenti Dubayda keçirilən İqlim Dəyişikliyi üzrə BMT Konfransında iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR