Bank Of Baku

Malatyada baş verən zəlzələlərdən sonra ağır zədələnmiş binaların uçma riski var - YENİLƏNİB-2

Malatyada baş verən zəlzələlərdən sonra ağır zədələnmiş binaların uçma riski var - YENİLƏNİB-2
# 23 noyabr 2023 19:40 (UTC +04:00)

Malatya vilayətinin Battalqazi rayonunda ard-arda baş verən zəlzələdən sonra dağıntılar və xəsarət alanlar barədə heç bir müraciət daxil olmayıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə AFAD-ın Zəlzələ və risklərin azaldılması idarəsinin müdiri Orhan Tatar bildirib.

O qeyd ki, ərazidə araşdırmalar davam edir, ağır zədələnmiş binaların uçma riski var.

***

19:26

Malatya vilayətinin Battalqazi rayonunda ard-arda baş verən və ətraf rayonlarda da hiss edilən iki zəlzələ ilə əlaqədar ərazidə araşdırmalara başlanılıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Qeyd olunub ki, AFAD başda olmaqla, bütün aidiyyəti qurumlara tapşırıqlar verilib. Türkiyə mətbuatının verdiyi xəbərə görə, Malatya sakinləri zəlzələdən sonra evlərini tərk edərək küçələrə axın edib.

***

19:11

Türkiyənin Malatya vilayətində 4,7 bal gücündə daha bir zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanlar yerli vaxtla 17:49-da, 6,36 km dərinlikdə qeydə alınıb.

***

18:55

Türkiyənin Malatya vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə AFAD məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanlar yerli vaxtla 17:46-da, 6,99 km dərinlikdə qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR