“Mossad”ın direktoru Misirə gedəcək

“Mossad”ın direktoru Misirə gedəcək
# 13 fevral 2024 11:19 (UTC +04:00)

İsrailin kəşfiyyat və xüsusi əməliyyatlar xidməti "Mossad"ın direktoru David Barnea HAMAS-ın girov götürdüyü israillilərin azad edilməsi ilə bağlı danışıqlarda iştirak etmək üçün Misirə gedəcək.

APA xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” gündəlik nəşri yazıb.

Barnea Misirə gedən nümayəndə heyətinə rəhbərlik edəcək, danışıqlarda ABŞ və Qətər nümayəndə heyətləri də iştirak edəcək.

Həmçinin əlavə olunub ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börnslə David Barneanın Misir və Qətərin yüksək vəzifəli şəxsləri ilə görüşü gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR