Bank Of Baku

Nazir müavini: FHN-nin Kahramanmaraşdakı mobil səhra hospitalında dərman ehtiyatımız kifayət qədərdir

Nazir müavini: FHN-nin Kahramanmaraşdakı mobil səhra hospitalında dərman ehtiyatımız kifayət qədərdir
# 11 fevral 2023 15:27 (UTC +04:00)

“Hazırda burada 41 nəfər həkim heyəti çalışır”.

APA xəbər verir ki, bunu Kahramanmaraşda fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğluna FHN-in mobil səhra hospitalında məlumat verib: "Biz Türkiyə Səhiyyə Nazirliyi ilə koordinasiyadayıq. Bizim tam dərman ehtiyatımız var. Burada zərərçəkmiş şəxsləri müayinə edirik və xeyli sayda yaralını müalicə etmişik”.

Etibar Mirzəyev diqqətə çatdırıb ki, bizə müraciət edilən bütün xəstəlikləri müalicə etməyə hazırıq: “AFAD və Türkiyə Səhiyyə Nazirliyi koordinasiyalı şəkildə işləyirik”.

Səlcuq Elçin

Firuzə Vahid

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR