İsrailin Baş naziri Benyamin Netanyahu milli birlik hökumətinin yaradılmasının zəruri olduğunu və bu hökumətə rəhbərliyin onun başçılıq etdiyi “Likud” partiyasına verilməli olduğunu bildirib.
APA xəbər verir ki, Netanyahu bu barədə videomüraciətində danışıb.
Baş nazir mövqeyini oktyabrın 27-də keçirilən 26-cı çağırış Knesset seçkilərində “Likud”un digər partiyalardan daha çox səs toplaması ilə əsaslandırıb.
“Milli birlik hökuməti təxirəsalınmaz zərurətdir. Təbii ki, belə bir hökumətə ən böyük partiya rəhbərlik etməlidir”, – Netanyahu bildirib.
Onun sözlərinə görə, yeni hökumətin tərkibinə milli düşərgədə təmsil olunan bütün partiyalar, o cümlədən ultraortodoks və sionist siyasi qüvvələr daxil olmalıdır.
Netanyahu müraciətində baş nazir vəzifəsinin başqa siyasi liderlə rotasiya əsasında bölüşdürülməsi ehtimalına toxunmayıb.