Netanyahuya qarşı korrupsiya ittihamları üzrə iş bərpa olunub

İsrail Baş naziri Benyamin Netanyahu

© APA | İsrail Baş naziri Benyamin Netanyahu

# 04 dekabr 2023 13:15 (UTC +04:00)

İsrail Baş naziri Benyamin Netanyahuya qarşı korrupsiya ittihamları üzrə iş bu gündən etibarən Yerusəlim Məhkəməsində davam etdirilir.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, məhkəmə işi oktyabrın 7-də HAMAS-ın İsrailə hücumundan sonra dayandırılmışdı.

Ədliyyə naziri Yariv Levinin HAMAS-la müharibə başlayanda məhkəmələr üçün verdiyi fövqəladə sərəncamın müddəti keçən həftə başa çatıb və əksər məhkəmələrə normal fəaliyyətə başlamaq əmri verilib.

Netanyahu hazırda dinləmələrdə iştirakdan azad edilib, lakin bir neçə aydan sonra ifadə verməyə çağırıla bilər.

Netanyahu rüşvətxorluq, fırıldaqçılıq və etimaddan sui-istifadə ittihamları ilə üzləşir. Baş nazir ona qarşı bu ittihamları inkar edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR