Bank Of Baku

Pakistanın sabiq Baş naziri Navaz Şərif 4 illik siyasi sürgündən sonra ölkəyə qayıdır - FOTO

Pakistanın sabiq Baş naziri Navaz Şərif 4 illik siyasi sürgündən sonra ölkəyə qayıdır - FOTO
# 21 oktyabr 2023 12:08 (UTC +04:00)

Pakistanın sabiq Baş naziri Navaz Şərif dörd illik siyasi sürgündən sonra ölkəyə qayıdır.

APA xəbər verir ki, bu barədə Geo TV məlumat yayıb.

Xəbərə görə, göyərtəsində siyasətçinin olduğu təyyarə Pakistanın hava məkanına daxil olub və İslamabada doğru hərəkət edir.

Qeyd edək ki, Pakistan məhkəməsi keçmiş Baş naziri Navaz Şərifə qarşı hökumətin müddətsiz həbs qərarını oktyabrın 24-dək dayandırıb.

Sabiq Baş nazir hökumətin hədiyyə anbarı vasitəsilə qanunsuz olaraq bahalı avtomobillər əldə etməkdə ittiham edilir.

Ona məhkəmə işi ilə bağlı iclasa könüllü gəlmək imkanı verilib. Qeyd olunub ki, Şərif müəyyən olunmuş müddətdə məhkəməyə gəlməsə, order yenilənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR