Bank Of Baku

Qalibaf: ABŞ-ın İran sularında minatəmizləmə cəhdləri atəşkəsin pozulmasıdır

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf

© APA | İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf

# 19 aprel 2026 03:48 (UTC +04:00)

İran ABŞ-ın ölkənin akvatoriyasında minatəmizləmə işləri aparmaq cəhdlərini atəşkəsin pozulması kimi qiymətləndirir.

APA xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib.

Onun sözlərinə görə, Tehran ABŞ-ın İranın ərazi sularında minaları təmizləmək cəhdlərinə qəti şəkildə qarşı çıxıb.

Qalibaf qeyd edib ki, İslamabadda keçirilən danışıqlar zamanı ABŞ nümayəndə heyətinə xəbərdarlıq edib ki, minaaxtaran gəmi “yerindən tərpənərsə”, ona zərbə endiriləcək. O əlavə edib ki, bundan sonra Vaşinqton gəmini geri çəkmək barədə göstəriş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR