Bank Of Baku

Qətər Baş naziri İsraillə HAMAS-ın girov mübadiləsi üzrə razılaşmaya yaxın olduqlarına əmindir

Şeyx Məhəmməd bin Əbdürrəhman

© APA | Şeyx Məhəmməd bin Əbdürrəhman

# 19 noyabr 2023 14:01 (UTC +04:00)

Qəzza zolağı ətrafında vəziyyətlə bağlı danışıqlar aparan tərəflər israilli girovların azad edilməsi və onların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı sazişin bağlanmasına yaxındırlar.

APA xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman deyib.

Baş naziri bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell ilə danışıqlar zamanı bildirib.

Qətərin Əl-Cəzirə telekanalı onun sözlərini sitat gətirib: "Girovların və məhbusların mübadiləsi ilə bağlı razılaşma asan deyildi, lakin indi biz razılığa yaxın olduğumuza daha çox əminik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR