Bank Of Baku

Qəzza zolağında atəşkəs sabah səhər başlayacaq

Qəzza zolağında atəşkəs sabah səhər başlayacaq
# 23 noyabr 2023 18:18 (UTC +04:00)

Qəzza zolağında atəşkəs noyabrın 24-də yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 09:00) başlayacaq.

APA xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi xəbər yayıb.

Məlumatda bildirilib ki, israilli girovların ilk qrupu saat 16:00 (Bakı vaxtı ilə 18:00) radələrində Qəzza zolağından çıxacaq, qrupa 13 qadın və uşaq daxil olacaq. 4 gün ərzində ümumilikdə 50 nəfər azad ediləcək.

Qeyd edək ki, HAMAS İsraillə 4 günlük humanitar atəşkəs barədə razılıq əldə edib. Qəzza zolağına humanitar yardımın göndərilməsinə icazə veriləcək. 150 fələstinlinin müqabilində əksəriyyəti qadın və yaşı 19-dan aşağı olan 50 israilli azad ediləcək.

İsrail atəşkəs müddətində Qəzza zolağında fələstinlilərin anklavın şimalı ilə cənubu arasındakı yolda onların sərbəst hərəkətini təmin edəcəyinə söz verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR