Qəzza zolağında ölənlərin sayı açıqlanıb

Qəzza zolağında ölənlərin sayı açıqlanıb
# 03 dekabr 2023 19:50 (UTC +04:00)

Qəzza zolağında ölənlərin sayı 15,5 min nəfəri keçib.

APA xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi bildirib.

Məlumata əsasən, ölənlərin sayı 15 523-ə yüksəlib, 41 316-dan çox insan yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR