Bank Of Baku

Qəzza zolağındakı toqquşmalarda İsrail ordusu 48 hərbçi itirib

Qəzza zolağındakı toqquşmalarda İsrail ordusu 48 hərbçi itirib
# 15 noyabr 2023 09:38 (UTC +04:00)

Qəzza zolağındakı toqquşmalarda İsrail ordusu 48 hərbçi itirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, ötən gün 2 hərbçi İsrail ordunun Qəzzadakı yerüstü əməliyyatları zamanı həyatını itirib və bununla da ölən hərbçilərin ümumi sayı 48 nəfərə çatıb.

Həmçinin əlavə olunub ki, hazırda İsrail ordusu Qəzzadakı Əl-Şifa xəstəxanası ərazisində hərbi əməliyyatları davam etdirir.

İsrail ordusu xəstəxananın altında 200-ə yaxın HAMAS döyüşçüsünün gizləndiyi, girovların saxlandığı bir neçə yeraltı kompleksin və tunelin olduğunu iddia edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR