Bank Of Baku

Qəzzada ölənlərin sayı 28 min 64-ə çatıb

Qəzzada ölənlərin sayı 28 min 64-ə çatıb
# 10 fevral 2024 17:15 (UTC +04:00)

Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 28 min 64-ə çatıb.

APA xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağında son hücumlarda daha 152 nəfər yaralanıb. Ümumi yaralı sayının 67 min 611-ə çatığı deyilir.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR