Husilər Səudiyyə Ərəbistanına məxsus gəmini ballistik raketlə hədəfə alıb.
“AI Jazeera”nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının “Bəhri” gəmiçilik şirkəti məlumat yayıb.
Bildirilib ki, Qırmızı dənizdə üzən gəmi husilər tərəfindən vurulub.
“Amzan” gəmisinin heyəti arasında ölən və xəsarət alan olmayıb.