Bank Of Baku

Rəsmi Pekin Çinin İrana hərbi yardım göstərməsi ilə bağlı xəbərləri “uydurma” adlandırıb

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Jian

© APA | Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Jian

# 15 aprel 2026 13:35 (UTC +04:00)

Rəsmi Pekin Çinin İrana hərbi yardım göstərməsi ilə bağlı ünvanına səsləndirilən ittihamlara münasibət bildirib.

APA-nın xəbərinə görə, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Jian “X”-də yazıb ki, mediada Pekinin İrana hərbi dəstək göstərdiyinə dair yayılan xəbərlər tamamilə uydurmadır.

O, eyni zamanda, Pekinin Vaşinqtonun addımlarına qarşı cavab tədbirləri görə biləcəyi barədə xəbərdarlıq edib: “Əgər ABŞ bu ittihamlara əsaslanaraq Çinə qarşı tarifləri artırsa, Çin buna əks tədbirlərlə cavab verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR