Bank Of Baku

Reuters: Hörmüz boğazının minalardan təmizlənməsi 50 günə qədər çəkə bilər

Reuters: Hörmüz boğazının minalardan təmizlənməsi 50 günə qədər çəkə bilər
# 15 iyun 2026 22:57 (UTC +04:00)

Hörmüz boğazının təhlükəsiz gəmiçilik üçün minalardan təmizlənməsi 40-50 gün çəkə bilər.

Bu barədə "Reuters" agentliyi Qərb dəniz təhlükəsizliyi şirkətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, yalnız bundan sonra sığorta şirkətləri, gəmiçilik operatorları və neft şirkətləri boğazdan keçidi kifayət qədər təhlükəsiz hesab edə bilərlər.

Agentlik qeyd edir ki, klassik mina təmizləyən gəmilər və yeni nəsil sualtı dronlarla aparılacaq təmizləmə işləri bir neçə həftə çəkə və bazara on milyonlarla barel neftin çatdırılmasında gecikmələrə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR