Bank Of Baku

Rusiya Norveç təyyarəsinin sərhədi pozmasının qarşısını alıb

Rusiya Norveç təyyarəsinin sərhədi pozmasının qarşısını alıb
# 26 oktyabr 2023 15:59 (UTC +04:00)

Norveç Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Barens dənizi üzərində Rusiya sərhədini pozmasının qarşısı alınıb.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“2023-cü il oktyabrın 26-da Barens dənizi üzərində Rusiya hava məkanına nəzarət qurğuları ölkənin dövlət sərhədinə yaxınlaşan hava hədəfi aşkar edib. Hava hədəfinin müəyyən edilməsi və Rusiya dövlət sərhədinin pozulmasının qarşısının alınması üçün hava hücumundan müdafiə qüvvələrinin növbətçi “MiQ-31” qırıcı təyyarəsi havaya qaldırılıb.

Rusiya qırıcısının heyəti hava hədəfinin Norveç Hərbi Hava Qüvvələrinin “P-8A Poseidon” patrul təyyarəsi olduğunu müəyyən edib. Qırıcı təyyarə yaxınlaşan zaman Norveç HHQ məxsus təyyarə sərhəddən geri qayıdıb. Rusiya Federasiyası sərhədinin pozulması halı qeydə alınmayıb”, - deyə Nazirlik bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR