Bank Of Baku

SEPAH ABŞ-ın müttəfiqlərinin neft-qaz infrastrukturuna məhdudiyyət qoymadan hücum edəcək

SEPAH ABŞ-ın müttəfiqlərinin neft-qaz infrastrukturuna məhdudiyyət qoymadan hücum edəcək
# 07 aprel 2026 14:34 (UTC +04:00)

SEPAH ABŞ və onun regiondakı müttəfiqlərinə xəbərdarlıq edib.

“Fars”ın xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayıb.

Qeyd olunub ki, ABŞ İranın qırmızı xətlərini keçsə, cavab zərbələri regiondan kənara çıxacaq.

SEPAH ABŞ-ın müttəfiqlərinin neft-qaz infrastrukturuna hücumlarda daha təmkin göstərməyəcəklərini bəyan edib: "Biz ABŞ və onun tərəfdaşlarının infrastrukturuna elə zərbə vuracağıq ki, onlar illərlə regionun neft-qazından məhrum qalacaqlar”.

Bəyanatda bildirilib ki, İran indiyə qədər qonşuluq prinsiplərinə sadiq qalaraq, hədəfləri seçərkən müəyyən məhdudiyyətlərə əməl edib: “Lakin bundan sonra bütün bu məhdudiyyətlər aradan qalxmış sayılır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR