Bank Of Baku

SEPAH İordaniyadakı Əl-Əzraq aviabazasını 10 ballistik raketlə vurub

SEPAH İordaniyadakı Əl-Əzraq aviabazasını 10 ballistik raketlə vurub
# 09 iyul 2026 17:41 (UTC +04:00)

İordaniyanın Əl-Əzraq aviabazası 10 ballistik raketlə vurulub.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Bəyanatda bildirilib ki, SEPAH-ın Aerokosmik Qüvvələri bu gün günortadan sonra Yaxın Şərqdə ABŞ-ın komanda-idarəetmə mərkəzini və İordaniyada Əl-Əzraq hərbi hava bazasını 10 ballistik raketlə hədəfə alaraq məhv edib.

SEPAH bəyan edib ki, “ABŞ-ın təcavüzü təkrarlanarsa, Vaşinqtonun bölgədəki digər hərbi bazalarına ağır atəş zərbələri endiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR