Bank Of Baku

Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları təsdiqlənib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları təsdiqlənib
# 09 iyul 2026 17:56 (UTC +04:00)

Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları təsdiqlənib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Yeni Qaydaların təsdiqylə əlaqədar “Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar”ın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 73 nömrəli Qərarı ləğv edilib.

Bu Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması binanın mülkiyyətçisi və ya idarəçisinin müraciəti əsasında enerji effektivliyi pasportunun tərtibatçısı tərəfindən binanın enerji effektivliyi sinfinin müəyyən edilməsi və binanın enerji effektivliyi pasportunun tərtib edilməsi üçün həyata keçirilən prosedurdur. Enerji effektivliyi informasiya sistemi (EEİS) “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda nəzərdə tutulanların, o cümlədən binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının təşkilini təmin edən sistemdir. Enerji effektivliyi pasportunun tərtibatçısı (tərtibatçı) binanın enerji effektivliyi pasportunu tərtib etmək üçün bu Qaydalarda nəzərdə tutulmuş prosedurları həyata keçirən, EEİS-ə giriş hüququ olan və müvafiq lisenziya almış şəxsdir.
Qaydalara əsasən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaların enerji effektivliyi üzrə pasportlaşdırılması məcburidir. Pasportlaşdırılması məcburi olmayan digər binaların (tikililərin) enerji effektivliyi pasportu bina (tikili) mülkiyyətçisi və ya idarəçisi tərəfindən könüllü əldə edilir. İstismarda olan və istismara yararsız vəziyyətə düşmüş binaların yenidən qurulması və əsaslı təmiri nəzərdə tutulduğu təqdirdə binalarda enerji effektivliyi sinfinin artırılması layihələndirmə zamanı nəzərə alınır. Enerji effektivliyinin artırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR